Kadırov həddindən çox vəzifədə qaldığını, müddətsiz tətilə layiq olduğunu bildirib

Ramzan Kadırov

© APA | Ramzan Kadırov

# 03 sentyabr 2022 17:35 (UTC +04:00)

Ramzan Kadırov 15 ildən artıq müddətdə Çeçenistana rəhbərlik etdiyini və qədərindən artıq vəzifədə qaldığını bildirib.

APA-nın gazeta.ruya istinadən verdiyi xəbərə görə, o, bu barədə “Telegram” kanalında paylaşım edib.

“Dostlar, bu gün öyrəndim ki, Rusiya subyektlərinin hazırkı rəhbərləri arasında vəzifə başında çox qalanam. Çox “oturduğumun” özüm də fərqinə vardım. Düşünürəm ki, müddətsiz və uzun tətilə tam layiqəm. Ümid edirəm ki, məni dəstəkləyəcək və başa düşəcəksiniz”, - o müraciətində bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR