Kreml: Qazaxıstan Rusiyadan iğtişaşlara görə kömək istəməyib

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 05 yanvar 2022 16:04 (UTC +04:00)

Kremlin mətbuat katibi Dmitri Peskov Qazaxıstanın etiraz aksiyaları ilə bağlı Rusiyadan kömək tələb etməsi məsələsinə münasibət bildirib.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, Kremlin sözçüsü bu barədə ona ünvanlanmış suala mənfi cavab verib.

“Xeyr. Biz əminik ki, qazaxıstanlı dostlarımız öz daxili problemlərini müstəqil şəkildə həll edə bilərlər”, - D. Peskov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR