Kreml: Rusiyanın Odessa limanını vurması taxıl daşınmasına mane ola bilməz

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 25 iyul 2022 16:04 (UTC +04:00)

Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Odessa limanına zərbəsi İstanbul razılaşmasına uyğun olaraq taxıl daşınmasının başlamasına mane ola bilməz.

APA TASS-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml sözçüsü bildirib ki, zərbə hərbi infrastruktura endirilib: “Bu, heç bir halda razılaşma ilə əlaqəli infrastrukturlarla əlaqəli deyil. Buna görə bu hadisə heç bir halda taxıl daşınmalarına mane ola bilməz”.

Peskovun sözlərinə görə, BMT razılaşmanın özünə aid hissəsini yerinə yetirməlidir.

O vurğulayıb ki, razılığın əldə edilməsi üçün Moskva tətəfdən də böyük iş görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR