KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası keçirilir

KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası keçirilir
# 10 yanvar 2022 11:43 (UTC +04:00)

Qazaxıstandakı vəziyyətlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsinin (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası keçirilir.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sessiya videokonfrans formatında keçirilir.

Sessiyada İclasda Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstanın baş naziri Akılbek Japarov, Tacikistan prezidenti Emoməli Rəhmon, Ermənistanın baş naziri Nikol Paşinyan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas iştirak edir.

Sessiyada çıxış edən Tokayev Qazaxıstana verdiyi dəstəyə görə KTMT-yə üzv ölkələrin liderlərinə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR