KTMT sülhməramlılarının Qazaxıstanı tərk etməsi başa çatıb

KTMT sülhməramlılarının Qazaxıstanı tərk etməsi başa çatıb
# 19 yanvar 2022 11:47 (UTC +04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingentinin sonuncu hərbçiləri Qazaxıstanı tərk edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, ölkəni sonuncu tərk edən hərbçilərin arasında sülhməramlı kontingentin komandanı, general-polkovnik Andrey Serdyukov da olub.

Xatırladaq ki, KTMT-nın sülhməramlı kontingenti Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə yanvarın 6-da ölkəyə gəlib.

Qazaxıstana KTMT-yə üzv Rusiya, Belarus, Qırğızıstan, Ermənistan və Tacikistanın sülhməramlı kontingenti yerləşdirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR