Lavrov: "Qərb Rusiyanı sanksiyalarla zəiflədə bilməyəcək"

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 30 aprel 2022 11:53 (UTC +04:00)

Qərb ölkələri gizlətmir ki, sanksiyaların məqsədi Rusiya iqtisadiyyatını “boğmaq”, onun rəqabət qabiliyyətini zəiflətmək və ölkənin gələcək mütərəqqi inkişafına mane olmaqdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Bu rusofob xətt nəinki heç nə ilə əsaslandırıla bilməz, onun həm də perspektivi yoxdur. Prezident Putinin qeyd etdiyi kimi, Rusiya bu görünməmiş təzyiqə tab gətirdi. İndi vəziyyət sabitləşir, baxmayaraq, təbii ki, bütün risklər artıq keçməyib. Bütün hallarda, bizi zəiflədə bilməyəcəklər”, - Rusiya XİN başçısı vurğulayıb.

Lavrov qeyd edib ki, Rusiya əleyhinə sanksiyalar Avropa ölkələrinin vətəndaşlarına zərbə vurur, lakin bu, Qərb hakimiyyətini narahat etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR