Lukaşenko: Rusiya bizsiz keçinə bilər, biz onsuz yox

Lukaşenko: Rusiya bizsiz keçinə bilər, biz onsuz yox
# 20 dekabr 2022 01:52 (UTC +04:00)

Rusiya bizsiz keçinə bilər, biz onsuz keçinə bilmərik.

APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra deyib.

“Rusiya bizsiz də keçinəcək. Biz onsuz keçinə bilməyəcəyik. Biz burada razılaşdıq ki, bəli, biz bərabərhüquqlu davranacağıq” – deyə Lukaşenko vurğulayıb.

Lukaşenkonun sözlərinə görə, onun ölkəsi Rusiya tərəfinin köməyi olmadan öz müstəqilliyini və suverenliyini qoruya bilməz və Putin “çətin vaxtlarda” Belarusdan imtina etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR