Moldovanın ABŞ-dakı səfiri istefa verib

Moldovanın ABŞ-dakı səfiri istefa verib
  • Clock-gray 12:53
  • calendar-gray 17 İyun 2019

Moldovanın ABŞ-dakı səfiri Kristina Balan istefa verib.

APA-nın xəbərinə görə, bu barədə K.Balan rəsmi “Facebook” səhifəsində məlumat yayıb.

Məlumata görə, ötən həftə Moldovanın xarici işlər və Avropa inteqrasiyası naziri Nikolay Popesku səfiri geri çağırıb, lakin K.Balan Kişinyova qayıtmaqdan imtina edib. 

“Cümə günü Moldovanın Demokratlar Partiyasının rəhbərlik etdiyi hökumət istefa verib. Mənim təyinatım siyasi xarakter daşıyır və bu səbəbdən də mən Moldovanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdiyimi bəyan edirəm. Filipin hökumətini təmsil etmək mənim üçün şərəf idi. Növbəti komandaya uğurlar arzu edirəm”, - deyə Kristina Balan vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Nikolay Popesku ABŞ hökumətinə bildirmişdi ki, K.Balan Moldovanın qanuni hakimiyyətinin mövqeyini əks etdirmir. 

Rəna Ağayeva

Digər xəbərlər

Arxiv

date