Moskva Ukraynanı Rusiyada “çirkli bomba” ilə terror aktı hazırlamaqda ittiham edib

Moskva Ukraynanı Rusiyada “çirkli bomba” ilə terror aktı hazırlamaqda ittiham edib
# 06 iyun 2023 10:24 (UTC +04:00)

Ukrayna "çirkli bomba"dan istifadə etməklə Rusiya ərazisində terror aktı hazırlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) məlumatında bildirilib.

FTX Kiyevin çirkli bomba ilə terror aktı hazırlamasının təfərrüatlarını da açıqlayıb.

Qeyd olunub ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində təxribatçıları və enerji obyektlərinə bombalı hücumları təmin etmək üçün yüngül təyyarələrdən ibarət xidmət yaradılıb. "Bu təyyarənin istifadəsinin əlaqələndirilməsi “Legion” kod adlı 3449 saylı hərbi hissəyə həvalə edilib. Orada taymerli “çirkli bomba”ların çatdırılması və yerləşdirilməsi - ərazini dağıdıb yaşayış üçün yararsız hala salmaq üçün plan hazırlanıb. İlin əvvəlindən bu bölmə Rusiya ərazisində 5 döyüş uçuşu həyata keçirib, iki pilot saxlanılaraq törədilmiş və planlaşdırılan terror aktları ilə bağlı etiraflar edib", - deyə FTX-nın məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR