Paşinyan Serj Sarkisyanın kürəkəninin qardaşına vəzifə verib

Mikael Minasyan, Serj Sarkisyan

© APA | Mikael Minasyan, Serj Sarkisyan

# 12 yanvar 2022 17:35 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan ədliyyə nazirinin müavini postuna Qriqor Minasyanın təyin olunması barədə qərar imzalayıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, müvafiq qərar Ermənistan Ədliyyə Nazirliyinin saytına yerləşdirilib.

Qriqori Minasyan 2009-2010-cu illərdə Ermənistan Ədliyyə Nazirliyinin aparatında idarə rəisi və Nazirlik yanında ədliyyə kollecində müəllim kimi çalışıb.

O, 2011-ci ildən Ermənistanın Avropa Publik Hüquq Təşkilatında (EPLO) rəsmi nümayəndəsi olub.

Xatırladaq ki, Qriqor Minasyan sabiq prezident Serj Sarkisyanın kürəkəni, hazırda İtaliyada mühacirətdə yaşayan sabiq səfir Mikael Minasyanın qardaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR