Rusiya ABŞ-da yeni silahların hazırlanması ilə bağlı işləri yaxından izləyir

Rusiya ABŞ-da yeni silahların hazırlanması ilə bağlı işləri yaxından izləyir
# 08 oktyabr 2019 14:11 (UTC +04:00)

Rusiya ABŞ-da yeni silahların hazırlanması ilə bağlı aparılan işləri yaxından izləyir.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Əslində biz Vaşinqtonun yeni silah sistemlərinin inkişaf etdirilməsi istiqamətində apardığı işləri çox yaxından izləyirik”, - deyə o qeyd edib.

D. Peskov deyib ki, Kreml silahlanma yarışının yeni mərhələsinin başlayacağından narahatdır. O, Rusiyanın bu yarışa qoşulmayacağını vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ-da heç kəsin təsəvvür edə bilməyəcəyi, inkişaf mərhələsində olan yeni, böyük silahlar hazırlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR