Peskov: Putin və Si Cinpin Moskva vaxtı ilə 16:30-da görüşəcəklər

Peskov: Putin və Si Cinpin Moskva vaxtı ilə 16:30-da görüşəcəklər
# 20 mart 2023 13:31 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə bu gün günün ikinci yarısından sonra söhbətə başlayacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Günortadan sonra, təxminən, (Moskva vaxtı ilə) saat 16:30-da prezident Putinin bugünkü fəaliyyətinin beynəlxalq hissəsi davam edəcək və bu, Si Cinpinlə bağlı olacaq”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov izah edib ki, liderlər arasında təkbətək söhbət olacaq və söhbət qeyri-rəsmi naharda davam edəcək. "Bu gün Putin və Si Cinpin arasında qeyri-rəsmi, lakin birbaşa və çox vacib ünsiyyət olacaq", - deyə Rusiya Prezidentinin mətbuat katibi əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR