Peskov Ukraynadakı müharibənin nə qədər davam edəcəyi ilə bağlı suala cavab verməyib

Peskov Ukraynadakı müharibənin nə qədər davam edəcəyi ilə bağlı suala cavab verməyib
# 29 mart 2023 14:14 (UTC +04:00)

Ukrayna məsələsində Rusiyanın məqsədlərinə siyasi və diplomatik yollarla nail olmaq mümkün deyil.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiyanın Ukrayna məsələsində məqsədlərinə hərbi yolla nail olacağını söyləyib.

Kremlin sözçüsü xüsusi hərbi əməliyyatın (Ukraynadakı müharibənin - red) nə qədər davam edə biləcəyi və bu il başa çata biləcəyi ilə bağlı suala cavab verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR