Putin Rusiya qoşunlarının Suriyadan çıxarılması şərtlərini açıqlayıb

Putin Rusiya qoşunlarının Suriyadan çıxarılması şərtlərini açıqlayıb
# 12 oktyabr 2019 13:51 (UTC +04:00)

“Rəsmi Moskva əgər Suriyanın gələcək rəhbərliyi bu barədə qərar qəbul etsə öz qoşunlarını bu ölkədən çıxarmağa hazırdır”.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Prezidenti Vladimir Putin bir neçə telekanala verdiyi müsahibəsində deyib.

“Suriyanın ərazisində qanunsuz olan bütün digər ölkələr bu regionu tərk etməlidirlər. Bu bütün ölkələrə aiddir. Əgər Suriyanın gələcək legitim rəhbərliyi Rusiya Silahlı Qüvvələrinin öz ölkəsinin ərazisində varlığına ehtiyac olmadığını bildirsə, bu deyilənlər Rusiyaya da aid olacaq”, - deyə V. Putin əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR