Rusiya Prezidenti Vladimir Putin ölkəsinə münasibətdə Avropa Şurasının beynəlxalq müqavilələrinə xitam verilməsi haqqında qanun layihəsini parlamentə təqdim edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə məlumat rəsmi hüquq informasiya portalında yerləşdirilib.
Bildirilib ki, Putin Rusiya Federasiyasına münasibətdə Avropa Şurasının beynəlxalq müqavilələrinə xitam verilməsi haqqında qanun layihəsini Dövlət Dumasına təqdim edib.
Putin Terrorçuluğa Qarşı Mübarizə üzrə Avropa Konvensiyasının denonsasiyası və insan hüquqlarının və əsas azadlıqların müdafiəsi üzrə konvensiyanın denonsasiyası ilə bağlı layihələri Dövlət Dumasına təqdim edib.