Putinlə Ərdoğanın telefon danışığının təfərrüatları bəlli olub - YENİLƏNİB

Putinlə Ərdoğanın telefon danışığının təfərrüatları bəlli olub  - YENİLƏNİB
# 23 avqust 2019 15:44 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının təfərrüatları bəlli olub.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, tərəflər əsasən Suriya və Liviyadakı hadisələrlə bağlı müzakirələr aparıblar. Telefon danışığında Ərdoğan bildirib ki, Suriya hərbi qüvvələrinin İdlibdə atəşəkəsi pozması və silahlı hücumları böyük böhranlara yol acır.

Türkiyə Prezidenti İidlibdəki hücumların ərazidəki problemlərin həlli cəhdlərinə zərər verdiyini və Türkiyənin milli təhlükəsizliyi baxımından bir təhdidə çevrildiyini vurğulayıb.

***

15:24

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

APA-nın məlumatına görə, bu barədə Kremlin saytında məlumat yayılıb.

Telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR