Qazaxıstanlı xilasedicilərin növbəti qrupu Türkiyəyə çatıb

Qazaxıstan FHN

© APA | Qazaxıstan FHN

# 08 fevral 2023 17:09 (UTC +04:00)

Qazaxıstan FHN-in xilasedicilərindən ibarət növbəti qrupu aparan təyyarə Türkiyənin Qaziantep şəhərində hava limanına enib.

APA xəbər verir ki, bu barədə Qazaxıstan FHN mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, artıq avadanlıqlar təyyarədən boşaldılır. Xilasetmə qrupunun 60 nəfərlik heyətinə xilasedicilər, FHN tibb mərkəzinin həkimləri, kinoloqlar daxildir.

Xatırladaq ki, Qazaxıstan FHN xilasedicilərinin ilk qrupu dünən Türkiyəyə gedib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR