Qırğızıstan Prezidenti sərhəddəki vəziyyətlə bağlı xalqa müraciət edib

Qırğızıstan Prezidenti sərhəddəki vəziyyətlə bağlı xalqa müraciət edib
# 17 sentyabr 2022 13:30 (UTC +04:00)

Qırğızıstan Prezidenti Sadır Japarov Tacikistanla sərhəddəki vəziyyətlə bağlı xalqa müraciət edib.

APA “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkələrdəki səhifələrindən birində yazıb.

Prezident toqquşmalar zamanı həlak olan hərbçilərin ailələrinə başsağlığı verib.

O, sərhəddə insident hallarının delimitasiya prosesinin başa çatmamasından qaynaqlandığını əlavə edib.

“Sərhəd problemi yoluna qoyulmayıb, ona görə toqquşmalar baş verir. Əcdadlarımızdan bizə qalan torpaqların bir qarışını da verən deyilik”, - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR