Rusiya DİN əcnəbi tələbələrlə bağlı yayılan məlumatları təkzib edib

Rusiya DİN əcnəbi tələbələrlə bağlı yayılan məlumatları təkzib edib
# 29 sentyabr 2022 15:13 (UTC +04:00)

Rusiya Daxili İşlər Nazirliyi xarici tələbələrin oktyabrın 12-dən sonra Rusiyanı tərk etmələri barədə məlumatları təkzib edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, nazirlikdən bildirilib ki, Rusiya ali məktəblərində təhsil alan əcnəbi tələbələrin oktyabrın 12-dən sonra ölkəni tərk etmələri ilə bağlı internetdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Daxili İşlər Nazirliyi izah edib ki, COVID-19 ilə əlaqədar əvvəllər xarici ölkələrlə nəqliyyat əlaqələrinə tətbiq edilən məhdudiyyətlər avqustun 17-dən götürüldükdən sonra vətəndaşların müvəqqəti olma müddətinin və olduğu yer üzrə qeydiyyatın dayandırılması ilə bağlı müvəqqəti tədbirlərə Abxaziya, Belarus, Qazaxıstan, Çin, Monqolustan və Cənubi Osetiya vətəndaşları, Ermənistan və Qırğızıstan vətəndaşları üçün 3 sentyabr tarixindən xitam verilib. “Oktyabrın 13-də isə bütün digər ölkələrin vətəndaşları üçün belə müvəqqəti tədbirlər ləğv ediləcək. Rusiya Federasiyasının ərazisində bundan sonra qanuni qalmaq üçün etibarlı sənədləri olmayan şəxslər hüquqi statuslarını tənzimləmək üçün göstərilən tarixə qədər Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanına müraciət etməlidirlər", deyə Rusiya DİN-nin məlumatına qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR