Putin: Rusiya hər cür hava hücumundan müdafiə sistemlərini qabaqlaya bilən zərbə kompleksləri hazırlayır

Putin: Rusiya hər cür hava hücumundan müdafiə sistemlərini qabaqlaya bilən zərbə kompleksləri hazırlayır
# 12 oktyabr 2019 15:34 (UTC +04:00)

Rusiya hər cür hava hücumundan müdafiə sistemlərini qabaqlaya bilən zərbə kompleksləri hazırlayır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin “RT Arabic”, “Sky News” və “Əl Arabiya” telekanallarına müsahibəsində bildirib.

“Biz bunu edirik. İndi artıq bu məlumdur. Ona görə ki, hava hücumundan müdafiə sistemləri ballistik trayektoriya ilə uçaraq, ballistik raketlərə qarşı işləyir. Biz isə həmin sistemləri dəfələrə təkmilləşdirməkdən başqa, həm də dünyada analoqu olmayan başqa silah yaratdıq”, - deyə Rusiyanın dövlət başçısı vurğulayıb.

V. Putin NATO-nun ölkəsinin sərhədlərinə doğru irəliləməsindən Rusiyanın təhlükə hiss edib-etmədiyi ilə bağlı suala da cavab verib: “Biz hər zaman bunu hiss etmişik, bu barədə demişik. Bizə isə belə cavab veriblər: “Qorxmayın. Bu, sizə qarşı deyil. Burada qorxulu bir şey yoxdur. Ona görə ki, NATO transformasiya olunur. O, artıq hərbi təşkilat deyil”.

V. Putin NATO-nun hərbi blok olduğunu da xatırladıb: “Əlbəttə, hərbi blokun infrastrukturu sərhədlərimizə yaxınlaşması bizdə sevinc hissi oyatmır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR