Rusiya MN: Ukraynanın 18 PUA-sı vurulub

İqor Konaşenkov

© APA | İqor Konaşenkov

# 30 aprel 2022 12:08 (UTC +04:00)

Rusiya Hava Hücumundan Müdafiə sistemləri ötən gecə ərzində Ukraynanın 18 pilotsuz uçuş aparatını (PUA) vurub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

“Qorlovka, Çervoni Oskol, Petmanovo, Kramatorsk, Kozinka, Karpovka, Putilina, Novoaxtırka, Bezliki Liman və Peremoqa yaşayış məntəqələri üzərində Rusiyanın Hava Hücumundan Müdafiə sistemləri Ukraynanın 18 pilotsuz uçuş aparatını, o cümlədən üç Bayraktar TB-2-ni məhv edib”, - Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkov bundan əlavə, gecə saatlarında Donetsk vilayətinin Qorlovka və Xarkov vilayətindəki Snejkovka yaşayış məntəqələri üzərində “Smerç” reaktiv yaylım atəş sisteminin 2 raketinin vurulduğunu qeyd edib.

“Artilleriya bölmələri ötən gecə ərzində düşmənin 389 hədəfini məhv edib. Onlar arasında Ukrayna Silahlı Qüvvələrinin 35 komanda məntəqəsi, 41 dayaq məntəqəsi, 169 canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi ərazi, 33 artilleriya mövqeyi, həmçinin 15 raket və artilleriya silah və sursat anbarı var.

Rusiya Hava Kosmik Qüvvələrinin əməliyyat-taktiki və ordu aviasiyası isə ötən gecə ərzində canlı qüvvənin və hərbi texnikasının cəmləşdiyi 9 ərazini vurub. Nəticədə 120-dən çox millətçi, 4 tank və 6 zirehli texnika məhv edilib”, - Konaşenkov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR