Rusiya Türkiyə və Suriya XİN başçılarının görüşünə vasitəçilik edə bilər

Rusiya Türkiyə və Suriya XİN başçılarının görüşünə vasitəçilik edə bilər
# 19 sentyabr 2022 14:42 (UTC +04:00)

Moskva Türkiyə və Suriya xarici işlər nazirləri arasında görüş təşkil etmək ideyasını dəstəkləyir və lazım gələrsə, öz platformasını təqdim etməyə hazırdır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

"Təbii ki, görüşün faydalı olacağına inanırıq. Söhbət əlaqə yaratmaqdan gedir, indi hərbi və xüsusi xidmət orqanları vasitəsilə belə əlaqələr qurulub. Biz onları dəstəkləyirik, görüşməyə təşviq edirik, mövqelərdə ortaq məxrəclər tapırıq" – deyə rusiyalı diplomat vurğulayıb.

Boqranov qeyd edib ki, Moskva regiondakı digər ölkələrlə olduğu kimi, Ankara ilə Dəməşq arasında dövlətlərarası münasibətlərin normallaşmasının tərəfdarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR