Rusiya və MDB dövlətləri biotəhlükəsizlik sahəsində memorandumlar bağlayır

Rusiya və MDB dövlətləri biotəhlükəsizlik sahəsində memorandumlar bağlayır
# 20 may 2022 15:45 (UTC +04:00)

Rusiya və MDB üzv dövlətləri biotəhlükəsizlik sahəsində memorandumlar bağlayır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev bildirib.
Onun sözlərinə görə, “Belarus, Qazaxıstan, Qırğızıstan, Azərbaycanla belə sənədlərin hazırlanması davam edir və yüksək hazırlıq mərhələsindədir: "Biz gözləyirik ki, bu işlər başa çatdıqda və hüquqi sahə hərtərəfli xarakter aldıqda, üçüncü ölkələrin ərazisində belə proqramların (ABŞ) həyata keçirilməsi imkanını dayandıracağıq. ABŞ-a bioloji işləmlərini əvvəllər Ukrayna ərazisində etdiyi kimi başqa yerlərdə də həyata keçirməyə imkan verməyəcəyik”, deyə rusiyalı parlamentari vurğulanıb.
Kosaçev bu gün Rusiyanın biotəhlükəsizlik sahəsində əməkdaşlığa dair 4 memorandumunun olduğunu da xatırladıb. Onun sözlərinə görə, həmin memorandumlar Ermənistan, Özbəkistan, Tacikistan və Türkmənistanladır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR