Rusiya XİN: Tədricən Suriya-Türkiyə yaxınlaşmasının şahidi olacağıq

Rusiya XİN: Tədricən Suriya-Türkiyə yaxınlaşmasının şahidi olacağıq
# 23 noyabr 2022 15:37 (UTC +04:00)

Moskva Ankara və Dəməşqdən bir-birinə doğru addım atmağa hazır olduqları barədə siqnallar alır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Suriya üzrə Astana formatında keçirilən 19-cu beynəlxalq görüşün yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya Suriya-Türkiyə yaxınlaşmasına ümid edir.

“Ümid edirik ki, tədricən müəyyən Suriya-Türkiyə yaxınlaşmasının şahidi olacağıq, bu sadəcə zəruridir, çünki bunlar dostluq şəraitində yaşamalı olan iki qonşu dövlətdir. Düşünürəm ki, Türkiyə və Suriya tərəflərindən gələn bir-birinə doğru addım atmağa hazır olduqları barədə siqnallar dinc əhalinin ölümü ilə bağlı belə faciəvi hadisələrin qarşısını alacaq düzgün istiqamətdə atılan addımlardır”, deyə rusiyalı diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR