Rusiyada ayı qəbri dağıdaraq meyiti aparıb

Rusiyada ayı qəbri dağıdaraq meyiti aparıb
# 14 avqust 2019 13:31 (UTC +04:00)

Rusiyanın Xabarovsk vilayətində ayı qəbri dağıdaraq meyiti aparıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, polis bölməsinə Start mikrorayonunun qəbiristanlığında qəbirlərdən birinin açılması barədə məlumat daxil olub.

Hadisə yerinə əməliyyat-istintaq qrupu, kenoloq və ovşünas cəlb olunub. Baxış zamanı ərazidə ayı izləri aşkarlanıb. Meyit isə hələlik tapılmayıb.

Məlumatda bildirilir ki, hadisə yerinə cəlb olunmuş mütəxəssislərə ayını tapıb məhv etmək icazəsi verilib.

Mütəxəssislər göstərişə uyğun olaraq ayını güllələyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR