Rusiyada meşə yanğınlarının sahəsi genişlənir

Rusiyada meşə yanğınlarının sahəsi genişlənir
# 26 iyun 2022 08:50 (UTC +04:00)

Rusiyanın Altay diyarında meşə yanğınlarının sahəsi sutka ərzində 2 dəfə artaraq 4,6 min hektara çatıb.

APA xəbər verir ki, bu barədə TASS diyarın Təbiəti Mühafizə Nazirliyinə istinadla məlumat yayıb.

Məlumata görə, meşə sahələrinin monitorinqi zamanı yanğınların 4 640 hektar sahəni əhatə etdiyi məlum olub. Küləkli və isti hava alovla mübarizəni çətinləşdirir.

Yanğın zonasına çox sayda texnika və canlı qüvvə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR