Rusiyanın Ermənistandakı hərbi poliqonunda partlayış olub, bir nəfər ölüb

Rusiyanın Ermənistandakı hərbi poliqonunda partlayış olub, bir nəfər ölüb
# 13 may 2022 21:55 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələrinin Ermənistandakı 102-ci hərbi bazasının Şirak rayonu ərazisindəki dağlıq poliqonunda partlayış olub.

APA “Sputnik Armeniya“ saytına istinadən xəbər verir ki, Kamxut dağ silsiləsinə yaxın ərazidəki poliqonda mərminin partlaması nəticəsində çoban ölüb.

Məlumata görə partlayış saat 15:30 radələrində baş verib.

Hərbi bazanın komandanlığı bildirir ki, həmin vaxt poliqonda heç bir təlim olmayıb.

Xatırladaq ki, 2013-cü ildə iki yeniyetmə - 12 yaşlı Artur Mkrtçyan və 16 yaşlı Muşeq Gevorkyan qoyun otararkən təlim meydançasında həlak olmuşdu.

Onlardan biri tarlada partlamamış qumbara görüb və onu götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR