Rusiyanın Qara dəniz Donanmasının qərargahı vurulub, yaralılar var - YENİLƏNİB

Rusiyanın Qara dəniz Donanmasının qərargahı vurulub, yaralılar var - YENİLƏNİB
# 31 iyul 2022 10:20 (UTC +04:00)

Rusiya Qara dəniz Donanması Sevastopolda qərargah ərazisinə zərbə endirildiyini təsdiqləyib.

APA-nın xəbərinə görə, Donanmanın mətbuat xidməti kiçik pilotsuz uçuş aparatına quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində binalardan birində şüşələrin sındığını və 5 nəfərin yaralandığını açıqlayıb.

Qeyd edilib ki, yaralılara zəruri tibbi yardım göstərilib.

***

saat 09.30

Rusiyanın Qara dəniz Donanmasının qərargahına pilotsuz uçuş aparatından zərbə endirilib.

APA-nın xəbərinə görə, bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev “Telegram”da paylaşım edib.

Nəticədə 5 nəfər yaralanıb.

Təhlükəsizliklə əlaqədar Rusiya Hərbi-Dəniz Donanması Gününə həsr olunmuş təntənəli tədbirlər ləğv edilib.

Ukrayna Baş Qərargahı hələlik məsələ ilə bağlı məlumat yaymayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR