Şoyqu Ukraynada öldürülən xarici muzdluların sayını açıqlayıb

Şoyqu Ukraynada öldürülən xarici muzdluların sayını açıqlayıb
# 02 sentyabr 2022 13:24 (UTC +04:00)

Rusiya qoşunlarının Ukraynada müharibə başlayandan bu günə kimi 3 minə yaxın xarici muzdlunu məhv etdiyi açıqlanıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.

“Rusiya qoşunları Ukraynada xüsusi əməliyyat başlayandan bəri təxminən üç min əcnəbi muzdlunu məhv edib”, deyə Rusiya MN başçısı vurğulayıb.

Şoyqunun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin yüksək itkiləri səbəbindən xarici muzdluların axını azalır: ”Xüsusi əməliyyat başlayandan onların sayı 3,5 dəfədən çox azalıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR