Tokayev “exit-poll”un nəticələri ilə tanış olub

Tokayev “exit-poll”un nəticələri ilə tanış olub
# 21 noyabr 2022 00:02 (UTC +04:00)

Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev növbədənkənar prezident seçkilərində əhəmiyyətli fərqlə qalib gəldiyi “exit-poll”un nəticələri ilə tanış olub.

APA xəbər verir ki, bu barədə seçki qərargahının “Telegram” kanalı məlumat yayıb.

“Amanat” partiyasının ictimai siyasət institutunun keçirdiyi “exit-poll” nəticələrinə görə, Tokayev prezident seçkilərində 85,52 faiz səslə qalib gəlib.

“Açıq Cəmiyyət” Beynəlxalq Regional Araşdırmalar İnstitutunun nəticələrinə görə, o, 82,45% səslə liderdir.

Bu nəticələrdən sonra ilk olaraq Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Kasım-Jomart Tokayevi qələbə qazanması münasibətilə təbrik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR