Ukraynanın raket hücumu nəticəsində Rusiyanın 89 hərbçisi ölüb - YENİLƏNİB

Ukraynanın raket hücumu nəticəsində Rusiyanın 89 hərbçisi ölüb - YENİLƏNİB
# 04 yanvar 2023 02:11 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətinin Makeyevka rayonunda yerləşən Rusiya hərbçilərinin müvəqqəti yerləşdirildiyi məntəqəyə zərbə endirməsi nəticəsində həyatını itirən Rusiya hərbçilərinin sayı 89-a çatıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, dekabrın 31-dən yanvarın 1-ə keçən gecə Ukrayna ordusu "HIMARS" reaktiv yaylım atəş sistemindən Makeyevkada yerləşən Rusiya Silahlı Qüvvələrinin müvəqqəti dislokasiya məntəqəsinə zərbə endirib.

Rusiya Müdafiə Nazirliyi yanvarın 2-də yaydığı məlumatda 63 hərbçisinin həlak olduğunu açıqlamışdı.

Nazirlik onu da bildirib ki, ölənlər arasında alay komandirinin müavini, polkovnik-leytenant Baçurin də var.

Rusiya Müdafiə Nazirliyi hadisənin əsas səbəbi kimi şəxsi heyətin qadağaya zidd olaraq mobil telefonlardan kütləvi şəkildə istifadə etməsini göstərib.

Qeyd olunub ki, faciənin günakarları məsuliyyətə cəlb ediləcək və gələcəkdə belə hadisələrin baş verməməsi üçün lazımi tədbirlərin görüləcək.

***

02.01.2023

Saat 17:47

Ukrayna ordusunun Donetsk vilayətinin Makeyevka rayonunda Rusiya hərbçilərinin yerləşdiyi əraziyə “HIMARS” reaktiv yaylım atəş sistemi ilə zərbə endirməsi nəticəsində 63 rusiyalı hərbçi həyatını itirib.

APA xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bölgəyə 6 raket atılıb, onlardan ikisi Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR