Vano Merabişvili yenidən siyasətə qayıdır

Vano Merabişvili yenidən siyasətə qayıdır
# 09 sentyabr 2019 10:47 (UTC +04:00)

Gürcüstanın sabiq Baş Naziri Vano Merabişvili azadlığa çıxandan sonra siyasi fəaliyyətini davam etdirəcək.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə onun vəkili Giorgi Çiviaşvili bildirib.

Onun sözlərinə görə V. Merabişvilinin siyasi həyata qayıdacağı dəqiqdir.

“Amma onun hansı siyasi partiyaya qoşulacağı bilinmir”, - deyə G. Çiviaşvili vurğulayıb.

Qeyd edək ki, sabiq Baş Nazir və Daxili İşlər naziri V. Merabişvili 2013-cü ilin mayında həbs edilib. O, 26 may 2011-ci il mitinqi, Sandro Girgvliani işində dəlillərin gizlədilməsi, Valeri Gelaşviliyə fiziki hücum, Kvariati villası işi, vəzifə səlahiyyətlərindən sui-istifadə və seçicilərə rüşvət vermək də daxil olmaqla, bir sıra məsələlərdə ittiham olunaraq 6 il 9 ay həbs cəzasına məhkum edilib. O, 2020-ci il fevralın 20-də azadlığa buraxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR