Viktor Orban Türkmənistan Prezidenti ilə Aşqabadda görüşüb

Viktor Orban Türkmənistan Prezidenti ilə Aşqabadda görüşüb
# 09 iyun 2023 11:12 (UTC +04:00)

Aşqabadda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla Macarıstanın Baş naziri Viktor Orban arasında görüş keçirilib.

APA xəbər verir ki, bu barədə “Türkmənistan: Qızıl əsr” dövlət nəşri məlumat yayıb.

Bildirilib ki, məhdud tərkibdə keçirilən görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əlaqələrin intensivləşdirilməsi məsələlərini müzakirə ediblər.

Bunun ardınca isə danışıqlar hər iki ölkənin hökumət nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə geniş tərkibdə davam etdiriləcək.

Ölkə liderləri enerji, nəqliyyat, əczaçılıq, tekstil sənayesi, investisiya qoyuluşu, kənd təsərrüfatı və su təsərrüfatı sahələrinə xüsusi diqqət yetiriblər.

Ən yüksək səviyyədə baş tutan Türkmənistan-Macarıstan danışıqlarının yekunlarına əsasən ikitərəfli sənədlər paketinin imzalanması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR