Yanvarda 30 rusiyalı diplomat ABŞ-dan geri qayıdacaq

Yanvarda 30 rusiyalı diplomat ABŞ-dan geri qayıdacaq
# 09 dekabr 2022 22:16 (UTC +04:00)

ABŞ-ın hazıladığı siyahıya müvafiq olaraq bir qrup rusiyalı diplomat yanvarın 1-də Rusiyaya qayıdacaq.

APA-nın xəbərinə görə, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov “Rossiya-24” kanalına bildirib.

“Dövlət Departamentinin viza məhdudiyyətinə görə 30 əməkdaşımız ABŞ-ı tərk etməyə məcbur olub. ABŞ Rusiyanın diplomatik iştirakını azaltmaq siyasətini davam etdirir” – deyə səfir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR