Yaponiyanın baş naziri sabahdan Asiya və Avropanın beş ölkəsinə səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida

© APA | Yaponiyanın Baş naziri Fumio Kişida

# 28 aprel 2022 07:17 (UTC +04:00)

Yaponiyanın Baş naziri Fumio Kişida aprelin 29-dan mayın 6-dək İndoneziya, Vyetnam, Tayland, İtaliya və Böyük Britaniyaya səfər edəcək.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.

Baş nazir aprelin 29-dan mayın 6-dək İndoneziya, Vyetnam, Tayland, İtaliya və Böyük Britaniyaya səfər edəcək”,- deyə baş katib bildirib.

Aprelin 26-da “Kyodo” agentliyi Kişidanın xaricə səyahət etmək niyyəti barədə məlumat yayıb.

Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, xarici işlər naziri Yoşimasa Hayaşi də səfərə gedəcək.

O, aprelin 28-dən mayın 2-dək Qazaxıstan, Özbəkistan və Monqolustanda, mayın 6-dan 8-dək isə Sakit okeanın ada dövlətləri Fici və Palauda olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR