Zaxarova: "Lavrovla müsahibə təşəbbüsü Rusiya XİN-dən yox, italyalı jurnalistlərdən gəlib"

Zaxarova: "Lavrovla müsahibə təşəbbüsü Rusiya XİN-dən yox, italyalı jurnalistlərdən gəlib"
# 03 may 2022 12:39 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Rete 4” telekanalına müsahibəsi Rusiya Xarici İşlər Nazirliyinin deyil, italyan jurnalistlərin təşəbbüsü olub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova İtaliyanın Baş naziri Mario Draqinin rusiyalı nazirin müsahibəsini “siyasi təşviqat seansı” adlandıran bəyanatını şərh edərkən “Telegram” kanalında yazıb.

"Mən İtaliya vətəndaşlarının həqiqəti bilmələrini istəyirəm. Çünki İtaliya siyasətçiləri öz ictimaiyyətini çaşdırır. Təşviqat danışanın təşəbbüsü ilə dərc olunan bir şeydir. Reklam kimi”, - Zaxarova vurğulayıb.

Eyni zamanda, diplomat qeyd edib ki, Lavrovla müsahibənin aparılması təşəbbüsü Rusiya XİN-dən deyil, italyalı jurnalistlərdən gəlib: “Müsahibənin aparılması təşəbbüsü Rusiya Xarici İşlər Nazirliyindən deyil, italiyalı jurnalistlərdən gəlib. Bizə Sergey Lavrov, nazirlik və səfirliklərin nümayəndələri ilə müsahibə üçün yüzlərlə müraciət gəlir. İtaliyalı jurnalistlər israrlı idilər, dedilər ki, bütün mövqeləri göstərmək vacibdir. Onlar nədə səhvdirlər?"

Zaxarova onu da bildirib ki, Rusiya tərəfi müsahibənin yekun variantına heç bir düzəliş etməyib: "Aparıcı verdiyi sualları özü formalaşdırıb. Biz nə suallara, nə də müsahibənin yekun variantına heç bir düzəliş etməmişik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR