Nursultan Nazarbayev: “Qazaxıstana Amerika demokratiyasının “papağını taxmaq” alınmayacaq”

Nursultan Nazarbayev: “Qazaxıstana Amerika demokratiyasının “papağını taxmaq” alınmayacaq”
  • Clock-gray 11:00
  • calendar-gray 21 Avqust 2019

Qazaxıstanın birinci Prezidenti və “Nur Otan” partiyasının sədri Nursultan Nazarbayev əmindir ki, Qazaxıstana Amerika demokratiyasının “papağını taxmaq” mümkün olmayacaq.

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, N. Nazarbayev demokratiyanın inkişafı üçün zamanın lazım olduğunu bildirib.

“Bu il bizim 28 yaşımız olacaq. Gəlin yada salaq, biz kim olmuşuq, yansı sistemdə yaşamışıq? Bəs indi nə var? Yer və göy! Düzdür? Biz gənc dövlətik, gənc demokratiyayıq və bizə Amerika papağı taxmaq yaraşmaz. Bunun üçün zaman lazımdır, Avropadakı demokratiya üçün inkişaf etmiş cəmiyyət lazımdır”, - N. Nazarbayev “Nur Otan” partiyasının siyasi şurasının iclasında deyib. 

Onun sözlərinə görə, orta təbəqəni inkişaf etmək zəruridir. 

Rəna Ağayeva

Digər xəbərlər

Arxiv

date