Əbülfəz Qarayev İordaniyaya səfər edəcək

Əbülfəz Qarayev İordaniyaya səfər edəcək
# 23 iyun 2008 12:49 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev iyulun 3-7-də İordaniyada səfərdə olacaq. Bu barədə APA-ya Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı məlumat verib. O bildirib ki, Ə. Qarayev Əmmanda İordaniyanın mədəniyyət, turizm nazirləri, Turizm Şurasının icraçı direktoru və digər rəsmi şəxslərlə görüşəcək. Görüşlərdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində qarşılıqlı əlaqələrin inkişafı müzakirə ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR