Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri və milli kulinarlar Amerikada keçiriləcək Gənclər Qurultayında iştirak edəcəklər

Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri və milli kulinarlar Amerikada keçiriləcək Gənclər Qurultayında iştirak edəcəklər
# 10 iyul 2008 11:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri və Milli Kulinariya Mərkəzinin kulinarları Amerikada keçiriləcək Gənclərin I Qurultayında iştirak edəcəklər. APA-nın məlumatına görə, avqustda keçiriləcək qurultayda Rəssamlıq Akademiyasının tələbələri Minarə Quliyevanın hazırladığı milli geyimlər, Səkinə Zaynalovanın miniatür və yağlı boya, Aygün Əliyevanın isə qrafik əsərləri nümayiş olunacaq. Dünyanın bir sıra ölkələrindən nümayəndələrin iştirak edəcəyi qurultay çərçivəsində Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, “İncilər” qrupunun üzvləri olan M. Quliyeva, S. Zeynalov və A. Əliyeva Rasimə Əhmədovanın rəhbərliyi altında fəaliyyət göstərirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR