Azərbaycan ilk dəfə “Eurovision -2009” beynəlxalq qısametrajlı filmlər müsabiqəsində iştirak edəcək

Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan ilk dəfə “Eurovision -2009” beynəlxalq qısametrajlı filmlər müsabiqəsində iştirak edəcək. İsveçrəli təşkilatçılar bununla bağlı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə məktub göndərib. Nazirliyin kinematoqrafiya şöbəsindən APA-ya verilən məlumata görə, artıq müsabiqəyə hazırlıq başlanıb. Müsabiqədə iştirak edəcək təmsilçini müəyyənləşdirmək üçün Azərbaycanda milli seçim turunun keçirilməsi nəzərdə tutulur. Müsabiqənin şərtləri bir daha dəqiqləşdiriləndən sonra bu ilin axırı, gələn ilin əvvəlinə planlaşdırılan milli seçim turuna sənəd qəbulu qaydaları müəyyən ediləcək.
Mədəniyyət siyasəti

Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə Fəxri Xiyabanda xatirə tədbiri keçirilib - FOTO

III Sevil Beynəlxalq Film Festivalının mətbuat konfransı keçirilib - FOTO

Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyin edilib
