Sumqayıt Dövlət Musiqili Dram Teatrının kollektivi Türkiyədə keçiriləcək beynəlxalq teatr festivalında iştirak edəcək

Sumqayıt Dövlət Musiqili Dram Teatrının kollektivi Türkiyədə keçiriləcək beynəlxalq teatr festivalında iştirak edəcək
# 28 oktyabr 2008 10:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Sumqayıt Dövlət Musiqili Dram Teatrının kollektivi noyabrın 19-dan 21-dək Türkiyənin paytaxtı Ankarada keçiriləcək beynəlxalq teatr festivalında iştirak edəcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin teatr sektorundan məlumat verilib. Yaradıcı heyət Ankarada C. Qolsuorsinin “Birincilər və sonuncular” tamaşası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru Firudin Məhərrəmovdur. Festivalda iştirak etmək üçün 10 nəfərdən ibarət nümayəndə heyəti Ankaraya səfər edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR