Ermənistan Əsgəran qalasının görkəminə ciddi zərər vurub

Ermənistan Əsgəran qalasının görkəminə ciddi zərər vurub
  • Clock-gray 14:25
  • calendar-gray 24 Noyabr 2020

XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın göstərişi ilə inşa olunan Əsgəran qalası Azərbaycan memarlığının parlaq nümunələrindəndir.

Mədəniyyət Nazirliyindən APA-ya bildirilib ki, qalanın tikilməsi Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olub.

Əsgəran qalası Şuşanın təxminən 24, Xocalının 5 kilometrliyində və Ağdam şəhərinin 12 km cənubunda, Qarqarçayın sağ və sol sahillərindəki dağ döşündə yerləşir. 

1992-ci ildə Xocalı şəhəri Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra qala dağıntılara məruz qoyulub.

Bir neçə il öncə Ermənistan Əsgəran qalasında qanunsuz “bərpa-tikinti” işlərinə başlayıb. İnternet resurslarında yayılan görüntülərdə “bərpa-tikinti” işləri qalanın simasını tamamilə dəyişməyə hesablanıb. Tarixi tikilinin memarlıq üslubu dəyişdirilib, tikinti aparılan ərazidə dərin çalalar əmələ gəlib. Ermənistan Əsgəran qalasını özünküləşdirmək məqsədi ilə tarixi abidənin görkəminə ciddi zərər vurub.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər