“İçərişəhər”də beynəlxalq təlim keçirilib

“İçərişəhər”də beynəlxalq təlim keçirilib
# 13 fevral 2020 17:59 (UTC +04:00)

Fevralın 12-13-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində (DTMQİ) “Ümumdünya İrs Şəhərləri Təşkilatı”nın Şimali və Qərbi Avropa üzrə koordinatoru Matthias Ripp tərəfindən “Ziyarətçi İdarəetməsi” mövzusunda beynəlxalq təlim keçirilib.

“İçərişəhər” DTMQİ-dən APA-ya verilnə məlumata görə, təlimin məqsədi Qoruq İdarəsinin tabeliyində olan muzeylərin və turizm şöbəsinin əməkdaşlarını muzey bələdçiliyinə və yaradıcı turizm xidmətlərinə dair qabaqcıl təcrübə ilə tanış etmək olub.

Təlim çərçivəsində iştirakçılara üç mövzuda – yaradıcı turizm xidmətlərinin inkişaf etdirilməsi, muzeylərdə hekayə və nəqletmə və ziyarətçi idarəetməsi haqqında qabaqcıl təcrübəyə əsaslanan bilgilər verilib.

Təlimin son günü isə iştirakçılara sertifikatlar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR