Mədəniyyət naziri ABŞ səfiri ilə görüşüb

Mədəniyyət naziri ABŞ səfiri ilə görüşüb
  • Clock-gray 16:59
  • calendar-gray 21 Yanvar 2020

Mədəniyyət naziri Əbülfəs Qarayev yanvarın 21-də Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Örl Litzenbergeri qəbul edib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycanla ABŞ arasında mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu, kitabxana, muzey işi, abidələrin mühafizəsi və s. sahələrdə qarşılıqlı mədəniyyət tədbirlərinin keçirildiyi qeyd edilib.

Ə. Qarayev mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün iki ölkə arasında memorandumun imzalanmasını, eləcə də kitabxana sistemində, mədəni irs istiqamətində, muzey işi üzrə təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb.

Bu sahələrdə birgə əməkdaşlığın qurulmasının ölkələrimiz arasında təcrübə mübadiləsinə, innovativ yanaşmanın tətbiqi və daha da inkişafına kömək edə biləcəyi qeyd olunub.

Nazir ölkədə inkişaf mərhələsində olan yaradıcı və mədəniyyət sənayeləri üzrə ABŞ-ın təcrübəsindən istifadə etməkdə maraqlı olduqlarını bildirib, bu sahədə də müasir yanaşmaların ölkədə tətbiqi üçün xüsusi təlim və treninqlərdə iştirakın əhəmiyyətini qeyd edib.

Səfir iki ölkə arasında mədəniyyət sahəsində mövcud olan geniş potensialdan səmərəli istifadə edilərək əlaqələrin daha da inkişafına inamını ifadə edib.

Diplomat vurğulanan sahələr üzrə həyata keçirilə biləcək layihələrdə qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını deyib.

Örl Litzenberger Azərbaycan mədəniyyət xadimlərinin tez-tez ABŞ-da keçirilən konsertlərdə iştirak etdiyini, eyni zamanda ABŞ-ın mədəniyyət xadimlərinin də Bakıda keçirilən Caz festivallarında çıxış etdiyini diqqətə çatdırıb.

Görüş iki ölkə arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin perspektivləri barədə fikir mübadiləsi ilə davam edib.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date