Portuqaliyada Xocalı soyqırımı haqqında film çəkilib

Portuqaliyada Xocalı soyqırımı haqqında film çəkilib
  • Clock-gray 17:33
  • calendar-gray 26 Fevral 2021

Portuqaliyada Xocalı soyqırımı haqqında film çəkilib. 

APA-nın xəbərinə görə, “Original features” kino şirkəti tərəfindən çəkilən “Story of Khojali” filmində Xocalı soyqırımının dəhşətləri monoloq kimi təqdim olunur. 

Filmin ssenari müəllifi və quruluşçu rejissoru həmyerlimiz Nadir Maçanovdur. Ekran əsərinin prodüseri portuqaliyalı rejissor, prodüser Andre Badalo, bəstəkarı Emil Həşimovdur. Filmin musiqisində etnosəslərdən və milli musiqi aləti olan tardan istifadə olunub. 

Filmin əsas rollarını aktrisalar Aygün Fətullayeva və Nətavan Abbaslı canlandırıblar. 

Qeyd edək ki, “Story of Khojali” filmi Nadir Maçanovla Andre Badalonun ilk işi deyil. Onlar “Bakı, mən səni sevirəm” kinolayihəsində də bir yerdə çalışıblar.

apa-logo-mini

Digər xəbərlər