Azərbaycan Nigeriyada keçirilən musiqi festivalında təmsil olunub

Azərbaycan Nigeriyada keçirilən musiqi festivalında təmsil olunub
# 02 noyabr 2019 11:30 (UTC +04:00)

Nigariyanın Laqos şəhərinin Musiqi Mərkəzində 23 illik tarixi olan “Celebrating Excellence İn The Art” musiqi festivalı keçirilib.

APA-nın məlumatına görə, konserti təşkil edən Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları təşkilatının prezidenti, həmyerlimiz Billurə Bayramova Bernard qeyd edib ki, konsert ölkənin mədəni aləmində mühüm yer tutub və yerli insanlar tərəfindən maraqla qarşılanıb.

“Bu il isə fərqli bir konsert proqramı ilə səhnəyə çıxdıq. Konsert müxtəlif ölkələrin Çin, Kolumbiya, Braziliya, Nigeriya və Azərbaycan rəqslərindən ibarət idi. Nigeriyanın rəqqasları tərəfindən bizim rəqslərin təqdimatı tamaşaçılarda digər ölkə mədəniyyətinə və musiqilərinə böyük bir marağın olduğunu göstərdi”.

Bundan əlavə, konsertin qonaqlarına "Qaval" rəqsimizi təqdim edilib və Azərbaycan haqqında kiçik film göstərilib.

Qeyd edək ki, Azərbaycan bu Musiqi Festivalında ilk dəfə keçən il iştirak edib. Ötən il ölkəmizi Fransada yaşayan həmyerlimiz, istedadlı pianoçu Saida Zülfiqarova və əməkdar artist Sahib Paşazadə təmsil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR