Dövlət Rəqs Ansamblının xeyriyyə konserti keçiriləcək

Dövlət Rəqs Ansamblının xeyriyyə konserti keçiriləcək
# 28 mart 2022 17:31 (UTC +04:00)

Mayın 9-da Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Rəqs Ansamblının xeyriyyə konserti keçiriləcək.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Akademik Filarmoniyası və Heydər Əliyev Sarayının dəstəyi ilə baş tutacaq.

Konsertdən əldə olunacaq gəlir, şəhid ailələri və müharibə əlillərinin təminatı üçün "YAŞAT" Fonduna ianə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR