Dünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycan tərəfinin təklifi qəbul olunub 

Dünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycan tərəfinin təklifi qəbul olunub 
# 02 iyul 2019 12:02 (UTC +04:00)

Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası davam edir.

APA-nın məlumatına görə, sessiyada Dünya İrs Komitəsinə aid bir sıra məsələlər, o cümlədən konvensiyadakı maddələr müzakirə olunur.

İştirakçı ölkələrin təmsilçiləri çıxışlarında konvensiya bəndlərində təklif edilən dəyişikliklərlə bağlı çıxışlar edir, öz fikirlərini irəli sürürlər.

Hesabata Azərbaycanın təklif etdiyi "Nominasiya prosesində ilkin siyahıların hazırlanması, reaktiv monitorinqin aparılmasında effektiv və konstruktiv dialoqun qurulması" bəndi müzakirə edilərək, bəzi dəyişikliklərlə qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR