Mədəniyyət naziri Serbiya səfiri ilə görüşüb

Mədəniyyət naziri Serbiya səfiri ilə görüşüb
# 19 iyul 2022 19:46 (UTC +04:00)

Mədəniyyət naziri Anar Kərimov Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavlyeviçlə görüşüb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, qonağı səmimi salamlayan Anar Kərimov birgə mədəni əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə inamını ifadə edib. Kitabxana, kinematoqrafiya, muzeyşünaslıq və digər humanitar sahələrdə təcrübə mübadiləsinin, həmçinin sərgilərin təşkilinin önəmini vurğulayıb.

Nazir həmçinin Mədəniyyət Nazirliyi tərəfindən ötən il bəyan edilən "Mədəniyyət naminə sülh" (Peace for Culture) qlobal çağırışının əhəmiyyətindən bəhs edib. O, bu kampaniya çərçivəsində də Serbiya Respublikası ilə əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb.

Səfir qeyd edib ki, gerçəkləşdirilən birgə layihələr nəinki mədəniyyətlərimizin, eləcə də xalqlarımızın doğmalığının göstəricisidir.

Görüş zamanı həmçinin tarixi irsimizə sahib çıxmağın, mədəniyyətimizi gələcək nəsillərə ötürməyin əhəmiyyətindən bəhs olunub. Arxeologiya və etnoqrafiya sahəsində birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü müzakirə olunub.

Görüş tərəfləri maraqlandıran bir sıra mühüm məsələlərin müzakirəsi ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR