Nazir: "Biz bədnam qonşularımıza yaradıcılığımızla da cavab verməliyik"

Nazir: "Biz bədnam qonşularımıza yaradıcılığımızla da cavab verməliyik"
# 12 sentyabr 2019 17:23 (UTC +04:00)

"Bu gün mədəniyyət o sahədir ki, insanların yaşayış mühitinə təsir göstərir. İnformasiya texnologiyaları vasitəsilə bütün mahnılar, rəssamlıq nümunələri, digər əsərlər dünyaya açılır".

APA xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, bu məsələyə həssaslıqla yanaşılmalıdır: ‌"Qonşularla mübarizəmiz daha çox bu səpkidə gedir: "O gün olsun, bu mükafatları Cıdır düzündə təqdim edək. Biz hamımız dərk etməliyik ki, bizim gündəlik mübarizəmiz görünməyən cəbhədə gedir. Görünməyən mədəniyyət irsimiz, mətbəximiz, hər şeydir. Biz bədnam qonşularımıza yaradıcılığımızla da cavab verməliyik".

Nazir bildirib ki, cəmiyyətimizdə yeni bir mühit formalaşdırılmalıdır: "Tarixi mirasımıza, mədəni sərvətlərə diqqətlə yanaşmalıyıq. Tarixi abidələri qorumasaq, onlarla istədiyimiz kimi davransaq, zibilləsək, yandırsaq, sanki doğma əcdadlarımıza hörmətsizlik edəcəyik. Tarixi mirasımız olmasaydı, müasir memarlıq da olmayacaqdı".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR